Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib

22.12.2017

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb. Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

22.12.2017 tarixinə olan kriminal məlumatlar