Sumqayıt şəhəri ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılmışdır
22.12.2017Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 29-da şəhər ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Cəbrayılov saxlanılmışdır. Ətrafında aprılan tədbirlərlə onun dekabrın 1-dən 8-dək olan müddətdə 4 evdən məişət əşyaları, habelə 2 qadının çantalarından pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.