“102” Zəng Mərkəzi Xidmətinə yalan məlumatın Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən verilməsi müəyyən edilmişdir
22.12.2017Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin “112” Xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.
Məlumat DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülmüşdür.
Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, məlumat təsdiqini tapmamışdır.Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edilməsi müəyyən edilmişdir.