Qax rayon sakini Feyzulla Əzizova hədə-qorxu gələrək mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Kərimov və Fərid Zeynalov saxlanılmışlar
22.12.2017Dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2 naməlum şəxs Qax rayon sakini Feyzulla Əzizova hədə-qorxu gələrək mobil telefonunu almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Kərimov və Fərid Zeynalov saxlanılmışlar.