Gün ərzində 98 cinayət faktı qeydə alınıb
19.08.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər tutulub.