Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.08.2017Avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbasovun sərnişini – Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.