Lerik rayonunda “Toyota-Prado” markalı avtomobil dərəyə aşıb
19.08.2017Avqustun 19-da saat 15 radələrində Lerik rayonunun Piran kəndində Lənkəran rayon sakini Rahim Fərzullayev idarə etdiyi “Toyota-Prado” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinlərindən - əcnəbi vətəndaş olan Yelena Anatoliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.