Gəncə şəhəri ərazisində 3 evdən, 6 avtomobildən, habelə qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini N.Hüseynov tutulub
19.08.2017Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 4-dən cari il avqustun 7-dək olan müddətdə Gəncə şəhəri ərazisində 3 evdən məişət əşyaları, 6 avtomobildən akkumulyator, habelə qəbirlərdən birinin üzərindəki 2 ədəd mərmərdən hazırlanmış güldan oğurlamaqda şübhəli bilinən şəhər sakini Nicat Hüseynov tutulub.