Qaradağ rayonunda Lənkəran rayon sakini T.Ağazadəyə məxsus mobil telefonu oğurlamağa cəhd göstərmiş S.Əhədov saxlanılıb
19.08.2017Avqustun 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində ticarət mərkəzlərindən birindəki kafedə Lənkəran rayon sakini Tamerlan Ağazadəyə məxsus mobil telefonu oğurlamağa cəhd göstərmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Sehran Əhədov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.