Paytaxt sakini A.Salamovu aldadaraq 350 manat pul və mobil telefonunu alan S.Əhmədov saxlanılıb, daha bir nəfər isə müəyyən edilib
19.08.2017Avqustun 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Savalan Əhmədov paytaxt sakini Azər Salamovu aldadaraq 350 manat pul və mobil telefonunu alıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə S.Əhmədov saxlanılıb, daha bir nəfər isə müəyyən edilib.