Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbə sakini Adil Şirinova məxsus avtomobili qaçırmış şəxslər tutulmuşlar

24.09.2016

Sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanalaraq Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilmişdir.

Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilmişdir.

24.09.2016 tarixinə olan kriminal məlumatlar