Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Cəlilabad şəhər sakini Vüqar Əliyev tutulmuşdur
24.09.2016Sentyabrın 23-də Cəlilabad şəhəri ərazisində rayon sakini Rövşən Həsənova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüqar Əliyev tutulmuşdur.