Gəncə şəhərində yaşayan Əbülfət Quliyevi qətlə yetirməkdə şübhəli bilinən Səmral Hüseynzadə tutulmuşdur
24.09.2016Sentyabrın 24-də Gəncə şəhərində yaşayan Əbülfət Quliyevin evinin qarşısına gəlmiş qonşusu Səmral Hüseynzadə ona münaqişə zəminində bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Ə.Quliyev hadisə yerində ölmüşdür.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynzadə tutulmuşdur.