Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş vermişdir
24.09.2016Sentyabrın 24-də saat 09 radələrində Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş vermişdir. Nəticədə oradakı 3 mağazanın 38,5. kvm. sahəsi və oradakı əşyalar, habelə ticarət mərkəzinin 357 kvm. dam örtüyü yanmışdır. Yanğın zamanı orada mülki mühafizəçi işləyənlər - Bakı şəhər sakini Azər Sadıqov və Sumqayıt şəhər sakini Rafiq Məhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilmiş və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.