Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Nailə Həsənova yerləşdirildiyi xəstəxanada ölmüşdür
24.09.2016Cari il avqustun 15-də saat 11 radələrində İmişli rayonu ərazisində Şəki rayon sakini Vüqar Məhərrəmovun idarə etdiyi “MAN” və Bakı şəhər sakini Vüqar Kərimovun idarə etdiyi “Daewoo” markalı vtomobillər toqquşmuşdur. Nəticədə V.Kərimovun sərnişinləri - Elçin Ağayev və Nailə Həsənova xəstəxanaya yerləşdirilmişlər. N.Həsənova sentyabrın 23-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.