Oğurluqda şübhəli bilinən Cəlilabad şəhər sakini Sahib Qasımov tutulmuşdur
24.09.2016Sentyabrın 23-nə keçən gecə Cəlilabad şəhərində yaşayan Aslan Quliyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 150 manat pul və qızıl əşyalar oğurlanmışdır.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Sahib Qasımov tutulmuşdur.