Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
25.07.2016Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndində yaşayan Şahin Mustafayevin həyətindən 4 ədəd, Cil kəndində yaşayan Fərid Eyvazovun həyətindən isə 39 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu və 255 qram marixuana aşkar edilərək götürülmüşdür.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavad kəndində yaşayan Əli Səmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəzəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfqan Quliyevin evinin damında dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, evdən isə 430 qram marixuana aşkar edilərək götürülmüşdür.