Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş vermişdir
25.07.2016İyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş vermişdir. Nəticədə 54 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.