Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Saatlı rayon sakini Ələmdar Xanəliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
25.07.2016İyulun 24-də Səbail rayonunun Salyan yolu küçəsində Saatlı rayon sakini Kamal Ağayev idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən həmyerlisi Ələmdar Xanəliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Xanəliyev iyulun 25-də orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.