Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.07.2016İyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurmuş, sonradan avtomobil divara çırpılmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.