Balakən rayonunun Qazma kəndində yaşayan Murad Əhmədovdan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, 20 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür
25.07.2016Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kəndində yaşayan Murad Əhmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, evindən isə 20 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.