Sumqayıt şəhəri A.Vurğun küçəsindəki yataqxanada yanğın baş vermişdir
25.07.2016İyulun 25-də saat 14 radələrində Sumqayıt şəhəri A.Vurğun küçəsindəki yataqxanada yaşayan Ağdam rayon sakini Eldar Səfərovun otağında yanğın baş vermişdir. Nəticədə hamam otağında 20 kvm. sahə, su qızdırıcısı və paltaryuyan maşın yanmış, yanıq xəsarəti almış E.Səfərov xəstəxanaya yerləşdirilmişdir.