Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz silah-sursat satışı ilə bağlı dörd nəfər saxlanılmışdır

29.06.2016

Daxil olmuş məlumat əsasında Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı “Tangiz” adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilmişdir.

Görülmüş tədbirlərlə C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılmışlar.

E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirmişdir.

İyunun 29-da E.Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil BDYPİ-nin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılmış və araşdırmalar aparılması üçün Şəki ŞRPŞ-yə təhvil verilmişdir.

Avtomobilə baxış zamanı içərisində 1 ədəd “АКSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilmişdir.

S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülmüşdür.

29.06.2016 tarixinə olan kriminal məlumatlar