Şübhəli şəxs qismində saxlanılmış Quba rayon sakini İ.Aslanov qarət məqsədi ilə evinə girdiyi həmyerlisi G.Musayevanı qətlə yetirməsini bildirmişdir
29.06.2016İyunun 27-də Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini İlham Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb oradan 103 manat pul aparmasını bildirmişdir.
G.Musayevanın meyiti eksqumasiya edilmişdir.
İ.Aslanov tutulmuşdur.