Göyçay rayonunda ehtiyatsızlıqdan tüfəngdən açılan atəşlə rayon sakini xəsarət almışdır
29.06.2016İyunun 28-də Göyçay rayonunun İnçə kənd sakinləri Namiq Hacıyev və Zaur Cabbarov kəndin ərazisində ov edərkən N.Yaqubov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Z.Cabbarovun qarın nahiyəsinə xəsarət yetirmişdir.
Z.Cabbarov xəstəxanaya yerləşdirilmişdir.
Göyçay RPŞ əməkdaşları tərəfindən N.Yaqubovdan müvafiq sənədləri olmayan “TOZ-17” markalı ov tüfəngi götürülmüşdür.Araşdırma aparılır.