Bir neçə paytaxt sakininə məxsus avtomobillərdən hissələrini sökərək oğurlamış şəxslər tutulmuşlar
29.06.2016Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Namiq Ağayevə, Nəcməddin Daşdiyevə və Novruz Quliyevə məxsus avtomobillərdən hissələrini sökərək oğurlamış Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Məmmədov və Bakı şəhər sakini Samir Kərimov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 13-nə keçən gecə Bakı şəhər sakini Namiq Paşayevə məxsus “Daewoo” markalı avtomobilin hissələrini sökərək oğurlamaları da müəyyən edilmişdir.