Suraxanı rayon sakini B.Qurbanova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar edilərək götürülmüşdür
29.06.2016Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbə sakini Baxış Qurbanova məxsus həyətyanı sahədən 85 ədəd çətənə kolu və 7 kiloqram 40 qram marixuana aşkar edilərək götürülmüşdür.