Respublikanın dörd rayonu ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
29.06.2016Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir.