Bakı şəhər sakini Ruslan Cavadovu qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulmuşlar
26.04.2016Aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulmuşlar.
Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilmişdir.