Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbə sakinləri olan bir qrup vətəndaşdan narkotik vasitə və silah-sursat götürülmüşdür

26.04.2016

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş “AKM” markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus “VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş “Naqan” tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülmüşdür.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilmişdir.

26.04.2016 tarixinə olan kriminal məlumatlar