Velosiped oğurlamış Bakı şəhər sakini Eldar Ələsgərov tutulmuşdur
26.04.2016Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 6-dan oktyabrın 19-dək olan müddətdə 3 paytaxt sakininə məxsus velosipedləri oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Ələsgərov tutulmuşdur. Onun evinə baxış zamanı 28 ədəd velosiped aşkar edilərək maddi sübut kimi götürülmüşdür.