Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.04.2016Aprelin 26-da saat 08 radələrində Qaradağ rayonu ərazisində Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolun kənarında dayanmış Hacıqabul rayon sakini Rais Nəzərova məxsus “VAZ-21154” markalı avtomobili və bu zaman avtomobildən düşən sərnişin Mahir Quliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Quliyev orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.