Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
26.04.2016Aprelin 26-da saat 18 radələrində Sumqayıt şəhərində şəhər sakini Aynurə Abdullayeva idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Əliyevi vurmuşdur. Y.Əliyev hadisə yerində ölmüş, A.Abdullayeva xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.