Oğurlamış Sumqayıt şəhər sakini Nüsrət Yaqubov tutulmuşdur
26.04.2016Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də şəhər sakini Gülbəniz Məhərrəmovaya məxsus evdən 200 manat pul və məişət əşyaları oğurlamış həmyerlisi Nüsrət Yaqubov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 şəhər sakininə məxsus içərisində pul və sənədlər olan çantaları soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.