Mağazanın giriş qapısının şüşəsinin sındırmaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılmışdır
23.03.2016Martın 23-də saat 21.21-də Səbail rayonunun Z.Əliyeva küçəsindəki mağazalardan birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən mağazanın giriş qapısının şüşəsinin sındırılması aşkar edilmişdir. Mağazaya müvafiq qaydada baxış keçirilmiş, maddi ziyanın dəyməməsi müəyyən edilmişdir. Hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Cəlilov saxlanılaraq 39-cu PB-yə təhvil verilmişdir.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.