Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
23.03.2016Martın 23-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Beyləqan rayon sakini Hilal Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini Liyuza Sultanovanı vuraraq yolun kənarında dayanmış əri Pənah Sultanova məxsus “VAZ-21154” markalı avtomobilə çırpmışdır. Avtomobillərin arasında qalmış L.Sultanova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. BDYPİ tərəfindən araşdırma aparılır.