Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış zamanı qanunla qadağan olunmuş dini vəsaitlər aşkar edilərək götürülmüşdür

23.03.2016

Martın 23-də Qax RPŞ əməkdaşları tərəfindən rayon Məhkəməsinin qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilmişdir. Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin (44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakini) həmin dini təriqətlə məşğul olması müəyyən edilmişdir. Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülmüşdür.

23.03.2016 tarixinə olan kriminal məlumatlar