Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi
23.03.2016Martın 23-də saat 21 radələrində Lənkəran şəhərində Astara rayon sakini Xansu Xəlilzadə idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakinləri Əli Cəbrayılzadəni, Elvin Hüseynovu, İmran İsmayılovu və Səbuhi Əliyevi vurmuşdur. Nəticədə Ə.Cəbrayılzadə, E.Hüseynov və İ.İsmayılov hadisə yerində ölmüş, S.Əliyev və X.Xəlilzadənin 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
X.Xəlilzadə avtomobildən düşərək hadisə yerini tərk etmişdir.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.