Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Samir Manafovdan 0,214 qr heroin götürülmüşdür
23.03.2016Martın 22-də və 23-də metronun “Nizami” stansiyasında Tovuz rayon sakini Şəlalə Əsədovanın və Bakı şəhər sakini Milanə Bilalovanın çantalarından içərisində pul və plastik kartlar olan pul kisələri oğurlanmışdır.
Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov tutulmuşdur. Ondan 0,214 qram heroin götürülmüşdür.