100 metr optik kabel oğurlamış Bakı şəhər sakini Abbas Əliyev tutulmuşdur
23.03.2016Martın 23-də Binəqədi qəsəbəsində Xətai Telefon Qovşağına məxsus 100 metr optik kabel oğurlanmışdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Abbas Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 441 saylı rabitə qovşağına və Xətai telefon qovşağına məxsus 320 metr rabitə xəttini kəsərək oğurlaması da müəyyən edilmişdir.