Oğurluq etdiyinə görə tutulmuş paytaxt sakini Rafik Şəydabəyovdan 5,41 qr marixuana götürülmüşdür
21.02.2015Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 155 saylı xətt avtobusunda Bakı şəhər sakini Şamil Həsənovun cibindən 270 manat və sənəd olan pul kisəsini oğurlamış paytaxt sakini Rafik Şəydabəyov tutulmuş, ondan 5,41 qram marixuana da götürülmüşdür.