Xəyal Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Fadil Hacıyev tutulmuşdur
21.02.2015Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 25-də Xəyal Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Fadil Hacıyev tutulmuşdur. Ətrafında aparılmış tədbirlərlə onun hadisəni Bakı şəhər sakini Vüsal Salmanovla birlikdə törətməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə V.Salmanov da tutulmuşdur.