Nərimanov rayonunun Xətai prospektində yol-nəqliyyat hadisəsi
21.02.2015Fevralın 20-də saat 19 radələrində Nərimanov rayonunun Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Emil Quliyev vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.