Binəqədi rayonunun C.Xəndan küçəsində yerləşən evlərdə yanğın baş vermişdir
21.02.2015Fevralın 22-də saat 03 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Ağdam rayon sakini Şaiq Cəlilovun yaşadığı Evtikmə Kombinatının həyətindəki taxta konstruksiyalı evdə yanğın baş vermişdir. Yanğın qonşuluqda yaşayan Füzuli rayon sakinləri Mehman Aydınova, onun oğlu Tehrana, qızı Gülərə, habelə Nəcəf Baxşəliyevə və onun oğlu Murada məxsus taxta konstruksiyalı evlərə də keçmişdir. Nəticədə bütövlükdə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra Ş.Cəlilovun və oğlanları Amidin, Kamilin yanmış meyitləri tapılmışdır.