Xətai rayonunun Neapol küçəsində yol-nəqliyyat hadisəsi
21.02.2015Fevralın 21-də saat 20 radələrində Xətai rayonunun Neapol küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Emil Sultanov vurulmuşdur.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.