Polis baş serjantı Neman Tanrıverdiyev tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürmüşdür
21.02.2015Fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürmüşdür.
Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülmüşdür.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.