Muğanlı kəndində kənd sakini Qədir Paşayev ov tüfəngindən atəş açaraq Ramin İsgəndərova xəsarət yetirmişdir
30.10.2014Oktyabrın 30-da Bərdə rayonunun Muğanlı kəndində kənd sakini Qədir Paşayev ov tüfəngindən atəş açaraq həmkəndlisi Ramin İsgəndərova xəsarət yetirmişdir. Yaralı xəstəxanaya yerləşdirilmişdir.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Paşayev tutulmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülmüşdür.