Lənkəran rayon Göyşaban kənd sakini Səlim Ağayevin evinə baxış zamanı narkotik vasitələr aşkar edilərək götürülmüşdür
30.10.2014Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş Səlim Ağayevin evinə baxış zamanı 702 qram heroin, 600 qram tiryək, 200 qram marixuana, 120 ədəd psixotrop həblər, 12 ədəd mobil telefon, 4 bıçaq, 1 xəncər və 1 elektron tərəzi aşkar edilərək götürülmüşdür.
S.Ağayevin evində olan kənd sakini Hikmət Ağayevdən 0,5 qram, Lənkəran şəhər sakini Sevinc Dadaşovadan 0,3 qram heroin götürülmüş və onlar tutulmuşlar.