Sabirabad rayon Surra kənd sakini Namiq Səmədov tutulmuşdur
30.10.2014Oktyabrın 30-da Sabirabad rayonunun Axısxa kəndində Fidan Şıxəliyevanın evinə açıq qalmış qapıdan girmiş maskalı naməlum şəxs onu balta ilə hədələyərək baş nahiyəsindən küt alətlə xəsarət yetirib evdən qızıl əşyalar aparmışdır.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Surra kənd sakini Namiq Səmədov tutulmuşdur.