Binəqədi rayonunun Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi
30.10.2014Oktyabrın 30-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəsəbə sakinləri Eyvaz Hüseynov idarə etdiyi “İveco” markalı avtobusu yolun kənarında dayanmış Rasim Cəfərova məxsus “MAZ” markalı avtomobilə vurmuşdur. E.Hüseynov və 5 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan 4-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.